Biznesin inkişafı üzrə ekspert

Kristofer Pratt

Neft-qaz sektorundan tutmuş İT sektorunadək müxtəlif sahələr üzrə 5 qitədə 35 ildən çox təcrübəyə malik, İngiltərədən olan mütəxəssis K.Pratt həyata keçirilən layihələr üçün təsirli strateji həllər təklif edir.

Konsaltinq, təhlükəsizlik, kadr hazırlığı sahəsində yüksək peşəkarlığa, komanda ruhunun və əməkdaşlığın inkişafında güclü bacarıqlara malikdir.

Kristofer Pratt Bakı-2015 Birinci Avropa Oyunları zamanı proqram meneceri qismində yeni rəqəmsal İT və təhlükəsizlik xidmətlərinin yüksək səviyyəli detallı dizaynı, çatdırılması və istismarının təmin edilməsinə töhfə verib.