Şəbəkə üzrə expert

Kənan Hüseynli

Kənan SD-WAN layihələrinin layihələndirilməsi və müxtəlif şəbəkə proyektlərinə dəstək verən şəbəkə ekspertimizdir. O, Cisco SD-WAN mütəxəssisi və AWS Architect Associate sertifikatları ilə birlikdə CCIE sertifikatına (CCIE Enterprise #59211) malikdir. Cisco SD-WAN arxitekturasında bir neçə illik təcrübəyə malik olan Kənan bir çox təchizatçı platformalarında TCP/IP L2-4 texnologiyaları haqqında geniş biliyə malikdir.

Kənan Baş Şəbəkə Mühəndisi / Şəbəkə Memarı kimi çoxsaylı müxtəlif tip layihələri (şəbəkələrin qurulması, şəbəkə miqrasiyaları və konsepsiyanın sübutu layihələri) uğurla həyata keçirmişdir. “Bakı Limanı üçün Yeni Data Mərkəzi”, “DOST Agentliyi SD-WAN”, “Baku City Circuit F1” və “LUKOIL Mid-East Limited üçün Qlobal İT və Telekommunikasiya” kimi mühüm layihələrə iştirak etmişdir.

Kənanın təcrübəsi və töhfələri Cisco Inc. tərəfindən tanınıb və ona Cisco SD-WAN Community VIP 2024 və Cisco Champion 2024 titulları qazandırıb.