İnformasiya Təhlükəsizliyi üzrə ekspert

Nihad Hüseynov

Bank sektorunda təcrübəsi olan İnformasiya Texnologiyaları Mühəndisidir. Şəbəkə Texnologiyaları, Yeni Nəsil “Firewall”, Kiber Təhlükəsizlik, “Check Point” Texnologiyası, “Cisco VoIP” Sistemləri üzrə mütəxəssisdir.

"ED CSC"də İnformasiya Təhlükəsizliyi Qrupunun rəhbəridir. "Firewall" təhlükəsizlik siyasətininin işlənməsi, dəstəyini və həyata keçirilməsini icra edir.

"Firewall" cihazlarının dizaynı, tətbiqi, dəstəyi və yenilənməsi, onların kalibrlənməsi və təhlükəsizliyinin yoxlanılması, platforma əməliyyat sistemlərinin konfiqurasiyası və problemlərinin aradan qaldırılması ilə məşğul olur.

"MUK Azerbaijan" şirkətində informasiya təhlükəsizliyi həlləri meneceri olaraq çalışıb, "MUK Computers" üçün İT təhlükəsizlik məhsulları hazırlayıb, "Abris Distribution Inc"də satışöncəsi hazırlıq üzrə mühəndis, "Expressbank ASC"də aparıcı şəbəkə və VoIP administratoru mövqelərində çalışıb.