Ədliyyə Nazirliyi Azərbaycanda ədliyyə sisteminin tənzimlənməsi, dövlət ittihamçısına nəzarət, hüquq sisteminin və ictimai asayişin qorunması və qanun islahatlarının aparılması məsələləri ilə məşğul olan dövlət qurumudur. Həmçinin nazirlik hüquqi ekspertiza, mühasibat uçotu və hüquqi aktların dövlət qeydiyyatı ilə ədliyyə sahəsində dövlət siyasətini və idarəetməsini həyata keçirir. Bundan başqa ölkədə məhkəmə sisteminin inkişafını təmin edir, məhkəmələrin, cəzaçəkmə müəssisələrinin və bələdiyyələrin fəaliyyətinə qanunvericiliyə uyğun olaraq dəstək verir.
Azərbaycanda cəzaçəkmə müəssisələri, həmçinin bu müəssisələrə bağlı digər yerlərin arasında elektron koordinasiyanın qurulması zəruriyyəti yaranmışdı. Bütün proseslərin daha şəffaf və sürətli baş tutması üçün kağız sənədlərdən elektron əsasla fəaliyyətə keçidə ehtiyac duyulurdu. Burada əsas çağırışlardan biri ədliyyə sisteminin vacib hissəsi hesab edilən cəzaçəkmə müəssisələrində bütün xidmət fəaliyyətlərində şəffaflığa tam nail olmaqdır
ED şirkəti Dünya Bankının Aərbaycan ədliyyə sistemində həyata keçirdiyi layihənin əsas prinsiplərinə əsasən, cəzaçəkmə müəssisələrinin iş fəaliyyətinin 90%-nin elektronlaşmasına nail oldu. ED şirkətinin gətirmiş olduğu yeni həll kağız və şifahi formada olan proseslərin elektronlaşması ilə baş tutdu. Bununla da cəzaçəkmə müəssisələri üzrə iş fəaliyyəti tam olaraq elektronlaşdı və onlar arasında sürətli, dəqiq, eləcə də şəffaf məlumat mübadiləsi quruldu
ED’s computerization system for penitentiaries has introduced a number of new solutions.