Back

Əmək Birjası” Mobil Tətbiqinin yaradılması

Müştəri: Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda nazirliyin tabeliyində 6 dövlət komitəsi fəaliyyət göstərir. Bu komitələrin hər birinin iş fəaliyyəti nazirliyin əsas istiqamətləri üzrə bölünüb.

Biznes çağırışları:

Dövlət Məşğulluq Agentliyindəəyyən kateqoriyalı işsiz və işaxtaran kimi qeydə alınan şəxslərin birdəfəlik, qısamüddətli, mövsümi işlərə cəlb edilməsinin asanlaşdırılması zəruriyyəti formalaşıb. Xidmətin müddətindən asılı olaraq işaxtaran və xidmət almaq istəyən şəxslər üçün ərazi, peşəkarlıq səviyyəsi, qiymət, eləcə də digər səbəblər çətinlik formalaşdırırdı. Həmçinin işaxtaranla xidmət almaq istəyən şəxslərin bütün bunları elektron seçim etmək imkanları məhdud idi.

decoration element
decoration element

Həll

ED şirkətinin yaratmış olduğu əmək birjası mobil tətbiqi sifarişçilərin müraciətləri əsasında işsiz və işaxtaran şəxslərin birdəfəlik, qısamüddətli, mövsümi iş tapmalarını asanlaşdırır. Həmçinin mobil tətbiq işaxtaranın özünə ən yaxın ərazidə iş tapmasına, sifarişçinin isə qiymətləndirmələr sayəsində peşəkarlıq keyfiyyətinin uyğunluğunu yoxlayaraq xidmət almasına imkanlar yaradır. İş sifarişçisi xidmət almaq istədiyi şəxs haqqında mobil tətbiq vasitəsilə bütün rəsmi məlumatları ala bilir.

 

decoration element
decoration element

Biznes dəyəri:

ED şirkətinin yaratdığı əmək birjası mobil tətbiqi işsiz və işaxtaran kimi rəsmi qeydiyyatda olan şəxslərin, eləcə də, xidmət sifarişçilərinin axtarışına bir sıra həllər gətirib.

  • Dövlət Məşğulluq Agentliyində işsiz və işaxtaran kimi qeydiyyata düşən şəxslərin, eləcə də sifarişçilərin ərazi, keyfiyyət və bir sıra digər kateqoriyalar üzrə axtarışları mobil tətbiqlə asanlaşıb.

  •  Xidmət təklif edənlərin qiymətləndirilməsi ilə onların peşəkarlıq səviyyəsi müəyyən edilir.

  • İşsiz və işaxtaranlar, eləcə də sifarişçilər axtarışlarını daha az zamanda, eləcə də sürətli formada həyata keçirə biləcəklər.

  •  Ölkənin əmək bazarı üçün böyümə və inkişaf potensiallı vahid platforma yaradılmış oldu.