Azərbaycan Milli Onkologiya Mərkəzi onkoloji xəstəlikləri araşdıran və onkoloji müalicə sahəsində ixtisaslaşmış elmi tədqiqat müəssisəsidir. Böyük elmi potensialı və müasir maddi-texniki bazası olan Milli Onkologiya Mərkəzi təkcə onkologiya sahəsində deyil, onunla əlaqəli olan çoxsahəli elmi-tədqiqat problemlərinin öyrənilməsinə də təminat verir.
Yeni korpusların istifadəyə verilməsində əsas məqsədlərdən biri də rəqəmsal (İT, telekommunikasiya), təhlükəsizlik və xəbərdarlıq sistemlərinin, habelə məlumatlar da (TV və rəqəmsal elanlar) daxil olmaqla müasir texnologiyaların tətbiqi idi. Bununla yanaşı, stasionar xəstələrin çağırışlarının monitorinqini aparmaq və dərhal reaksiya verilməsinə ehtiyac var idi. Yuxarıda sadalananların hamısı mümkün genişlənmə və yeni sistemlərlə inteqrasiya perspektivləri nəzərə alınmaqla icra edilməli idi.
Şirkətimiz lazımi məlumatlarını əldə edərək, müştərinin tələblərinə uyğun olaraq həllər hazırlayaraq təklif etdi. Layihənin hazırlanması əsnasında müştəri və əlaqəli podratçılarla müqavilələr bağlandı, müştərək addımlar və qarşılıqlı tələblər müzakirə edildi.
ED şirkəti tərəfindən hazırlanan həll Milli Onkologiya Mərkəzinə aşağıdakı məqsədlərə çatmaqla biznes dəyərini artırmağa imkan verdi:
Texnologiyalar
Siemens, Cisco®, HP, AMP, Nexans, C-Tec, Valcom, KPC-EZ.