Back

SDH infrastrukturuna müvafiq təmir və dəstək xidməti

Müştəri – BP

 

BP dünyanın ən böyük neft və qaz şirkətlərindən biridir. BP 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda ilk ofisini açıb. İki il sonra BP və beynəlxalq neft şirkətlərindən ibarət konsorsium Azərbaycan hökuməti ilə müqavilə imzaladı. Bu gün BP-nin Azərbaycandakı nümayəndəsi şirkətin neft və qaz hasilatı və nəqli üzrə əsas qlobal istehsal mərkəzlərindən biridir.

 

Biznes çağırışı

Boru kəməri çəkilən zaman BP şirkəti boru kəməri boyunca fiber optik kabel və SDH avadanlığı quraşdırıb. SDH ötürmə şəbəkəsi BP-nin Azərbaycan və Gürcüstandakı hasilat və boru kəməri qurğularına dair əməliyyat məlumatları üçün əsas nəql vasitəsidir. Digər mühüm əməliyyat telekommunikasiya infrastrukturu kimi, BP SDH infrastrukturunun da müvafiq təmir və dəstək göstərilməsinə ehtiyac duyulub.

decoration element
decoration element

Həll

2007-ci ildə keçirilmiş tender nəticəsində ED, BP-nin subpodratçısı olaraq BTC/SCP layihəsinin bir hissəsi oldu. 2009-cu ildə keçirilən digər bir tender nəticəsində isə ED boru kəməri boyunca bütün telekommunikasiya infrastrukturu və xidmətlərinə texniki xidmət və dəstək vermək üçün BP-nin birbaşa podratçısı seçildi. Biz uzun illər BP-yə əla dəstək və xidmətlər göstərməyi bacardıq.

decoration element
decoration element

Biznes dəyəri

ED tərəfindən tətbiq edilən həll müştərimizə aşağıdakı məqsədlərə çatmaqla biznes dəyərini artırmağa imkan yaratdı:

  1. Aktivlərin ömrünün uzadılması
  2. Planlaşdırılmayan dayanma müddətinin azaldılması
  3. Gözlənilməyən kəsilmələrin və dəyişdirmələrin aradan qaldırılması
  4. Müştəri məmnuniyyətinin artırılması

 Texnologiyalar

 SDH, Fibre - Optic