Back

Uşaq bağçalarına elektron qəbul sisteminin qurulması

Müştəri: Bakı Şəhər İcra Hakimiyyəti

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyəti yaradılıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısı şəhər ərazisi üzrə Prezdentin səlahiyyətli nümayəndəsidir. Onun tabeliyində olan müxtəlif şöbə və idarələr paytaxtda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən qurumlara nəzarəti həyata keçirir.

Biznes çağırışları:

Uşaq bağçalarına qəbulun şəffaf, növbəli və əsaslı aparılması, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbələrinin qəbul prosesinə nəzarət etməsi, həmçinin valideynlərin bağçalar haqqında öncədən bütün məlumatları almaq, uşaqlarının bağçada olduğu müddəti izləmək istəkləri prosesin elektron sistemə keçidini zəruriləşdirdi.

Həllər

ED şirkətinin Bakı Şəhər İcra Hakimiyyəti ilə bu mövuda təşkil etdiyi görüşlərdən sonra ikin olaraq pilot layihə kimi Bakı şəhəri Nizami rayonunda yerləşən dövlət bağçalarına qəbul prosesi elektronlaşdırıldı. Bağçalara elektron qəbul sistemi hazırda fərdi yanaşmaların növbəli və əsaslı aparılmasına, BŞİH-in qəbul prosesində verilən qərarları vaxt itirmədən sorğulaya bilməsinə imkan yaradır. Elektron qəbul qaydalarında qeydiyyata düşmə tarixi, xüsusi sosial həssas qrupa aid olan şəxslərin övladları və digər əsaslar nəzərə alınır. ED şirkətinin gətirmiş olduğu həll valideynləri uşaqları bağçaya qəbul etdirərkən yaşadıqları əsassız neqativ hallarla qarşılaşmaqdan, proses zamanı vaxt itkisindən azad edir.

decoration element
decoration element

Biznes dəyəri

ED şirkətinin yaratdığı tapşırıqların elektron idarə edilməsi reyestri bankın fəaliyyətinə bir sıra həllər gətirib.

1. Bağçalara qəbul prosesi elektronlaşdırıldı. Bununla da qəbulun əsaslı formada aparılması, fərdi yanaşmaların ləğvi təmin edilir.

2. Sosial həssas kateqoriyaya aid şəxslərin övladlarına bağçalara elektron qəbul zamanı üstünlük verilir.

3. Uşaqların bağçada keçirdiyi zamanda fəaliyyətinə, müəllimlərin onlara yanaşmasına nəzarət ediləcək.

4. Bağçalara elektron qəbul sisteminin valideynlər üçün gətirdiyi həllər pilot layihə haqqında 90 %-lik məmnunluq rəyi yaradıb.

 

Texnologiyalar

  • TicketService
  • AppealService
  • AccountService.
  • ApiService
  • AuthService
  • FAQService
  • NotificationService
  • ReportService
  • DictionaryService