ED III səviyyə standartına uyğun olan Data Mərkəzini uğurla layihələndirmişdir

9th September 2022

 

İKT komandaları daim biznesin dəyərini artırmaq öhdəliyi daşıyırlar. Gündəlik əməliyyat  tələblərini ödəməklə yanaşı, İKT şirkətləri həmçinin serverlərin virtuallaşdırılması, bulud hesablamaları və nəhayət, biznesin avtomatlaşdırılması da daxil olmaqla yeni tətbiqat paradiqmaları yaratmalıdırlar. 

Etibarlı data mərkəzi davamlı İKT əməliyyatları üçün kritik əhəmiyyət daşıyan infrastruktur dəstəyinin vacib hissəsidir və biznesin təbii inkişafının dəstəklənməsi üçün əsas stimul rolunu oynayır.

Eurodesign şirkəti Data Mərkəzlərinin layihələndirilməsi, tətbiqi və idarə edilməsində beynəlxalq standartları təşviq edən İKT icmasının fəal üzvüdür. Zəngin bilik və təcrübəni tətbiq etməklə, Eurodesign şirkəti Uptime İnstitutu tərəfindən sertifikatlaşdırılmış və III Səviyyə standartına uyğun olduğu təsdiqlənmiş Data Mərkəzini uğurla layihələndirmişdir.

ED tərəfindən layihələndirilmiş Data Mərkəzi müştərimizə enerji və soyutma sistemi üçün bir neçə paylanma kanalına malik yüksək etibarlı və eyni zamanda texniki xidmət göstərilə bilən hostinq qurğusu təklif edir. III Səviyyə standartlarına uyğun olaraq, texniki xidmət və ya avadanlığın dəyişdirilməsi zamanı Data Mərkəzində yerləşən sistemlərin işinin dayandırılması tələb edilmir.

Data Mərkəzlərinin layihələndirilməsi sahəsində üstün təcrübələr, Azərbaycanda Data Mərkəzlərinin tətbiqi metodlarına dair praktiki nou-hau və beynəlxalq sertifikatlaşdırmaya nail olmağın səmərəli yolları haqqında ətraflı məlumat almaq üçün komandamıza müraciət edin.

 

Related articles

“Covid-19” iş tərzimizi necə dəyişdi?
6th September 2021

Covid-19 böhranı yaşam tərzimizi dəyişdi.  Bir çoxumuz  evdən işləyərək  işimizi yerinə yetirməyin yeni üsullarına uyğunlaşırıq. 

Find out more
Rəqəmsal transformasiya uğurun əsas amili kimi
2nd September 2021

Proseslərin rəqəmsala uyğunlaşdırılması və mənimsənilməsi bugünkü biznes üçün çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də şirkətlər üçün rəqabətədavamlı və aktual olmaq həmişə çox vacibdir. Rəqəmsal transformasiyaya keçidi başlamaq və sürətləndirmək çox vacibdir, çünki bu, biznesə dair rəqabətdə bir addım öndə olmaq üçün yeni imkanlar yarada bilər. Satış, marketinq və müştəri xidməti kimi ənənəvi rolların transformasiyası təşkilatların müştərilərlə necə düşünməsinə və onlarla əlaqə qurmasına çox təsir edir. 

Find out more
“Dünya Limanları Konfransı – 2018” çərçivəsində Bakıda sərgi təşkil olunub
9th May 2018

Mayın 9-da Bakıda “Dünya Limanları Konfransı – 2018” çərçivəsində sərgi təşkil edilib.

Find out more