Geriyə
Həllər və Xİdmətlər

Rəqəmsal həllər

İctimai fəaliyyət elanı

Günümüzdə hava limanı, dəmir yolu vağzalı, avtovağzal, elektrik stansiyası, idman tikintisi meydanları, fabrik, supermarketlər və.s. kimi obyektləri ictimai fəaliyyət elanı sistemləri olmadan təsəvvür etmək mümkün deyil. 

Bu sistemlər, bu gün yerli ictimai xəbərdarlıq sistemlərinin mülki müdafiə siqnallarının ötürülməsi və yayılması, habelə xəbərdarlıq və evakuasiya idarəetmə sistemi vasitəsi ilə yanğın barədə avtomatik xəbərdarlıq etmək üçün istifadə edildiyi təhlükəsizlik sistemləri sahəsində geniş yayılmışdır.

ED, bölgədəki bir çox ictimai fəaliyyət elanı sistemlərinin quraşdırıcısıdır. Həmin elanlar idman obyektlərində və stadionlarda, ticarət binalarında, mülki və hərbi xəstəxanalarda və s. quraşdırılmışdır. Müştərinin tələblərinə cavab verən istənilən həlli təklif etməyə hazırıq.