ARDNF təhlükəsizlik monitorinqi xidmətlərinin provayderini seçir
ED Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) volatilliyin idarə edilməsi və təhlükəsizliyin monitorinqi xidmətlərinin satın alınması üçün elan etdiyi tenderin qalibi olub. Bu barədə tender komissiyasının fevralın 23-də yaydığı məlumatda deyilir.
Hər iki tərəf arasında müqavilə fevralın 19-da imzalanıb. Müqavilənin dəyəri 179 437 manatdır.
ARDNF 1999-cu ildə yaradılıb.
ARDNF-nin qaydalarına əsasən, onun vəsaiti strateji əhəmiyyətli infrastruktur obyektlərinin tikintisi və yenidən qurulmasına, habelə mühüm ümummilli problemlərin həllinə yönəldilə bilər.
Dövlət Neft Fondunun əsas məqsədlərinə iqtisadiyyata mənfi təsirləri minimuma endirmək üçün resursların toplanması və Fondun vəsaitlərinin xaricdə yerləşdirilməsi, “Holland xəstəliyi”nin müəyyən dərəcədə qarşısının alınması, gələcək nəsillər üçün resurs yığılmasının təşviqi və Azərbaycanda mövcud sosial və iqtisadi proseslərin dəstəklənməsi daxildir.
Ənvər Məmmədov