AV həlləri üzrə ekspert

Altay Xaspoladov

İnformasiya texnologiyaları, audio-video xidmətləri, video-nəzarət sahəsində zəngin təcrübəyə malik, audiovizual sistemlər üzrə peşəkar mühəndisdir. “Extron”, “Crestron”, “Dataton Watchout”, “Mileston Xprotect”, “Macroscope”, “MS Server” sertifikatları qazanıb.

Altay Xaspoladov onlarla yerli və beynəlxalq layihələrdə çoxfunksiyalı, kompleks texnoloji infrastrukturun yaradılmasında yüksək peşəkarlıq nümayiş etdirib.

O, İT mühəndisi, audio-video xidməti, video müşahidə mühəndisi qismində işini uğurla icra edərək Bakı 2015 - Avropa Oyunları, Bakı 2017 - İslam Həmrəyliyi Oyunları, Formula 1 Bakı Qran Prisi kimi beynəlxalq yarışlara böyük töhfə vermişdir.