Zaur Aslanov
ED CSC-də Maliyyə direktoru vəzifəsində çalışır. O, kommersiya əməliyyatlarının aparılması, marketinq tədqiqatları, ticarət, tikinti və maliyyə sahələrində 17 illik biznes təcrübəsinə malikdir. İngilis, rus, türk və azərbaycan dillərini mükəmməl bilir. Zaur Aslanov bakalavr təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında İqtisadiyyat və Menecment ixtisası üzrə alıb, magistr pilləsini isə Sent-Cons Universitetində MBA üzrə oxuyub.
SEC (Təhlükəsizlik Mübadilə Komissiyası) tərəfindən Nyu-York ştatının Kolumbiya Universiteti, Nyu-York Universiteti (NYU), Pace Universiteti və Fordham Universiteti kimi aparıcı universitetlər arasında Dell Kompüter Korporasiyasının ən yaxşı maliyyə təhlili üçün təşkil edilən müsabiqədə iştirak etmişdir. Dell Kompüter Korporasiyası tərəfindən ümumilikdə 2-ci yerə və maliyyə təhlilinə görə isə 1-ci yerə layiq görülüb.
2006-cı ildən 2011-ci ilə qədər Azərbaycan Respublikası Beynəlxalq Bankının direktor müavini vəzifəsində çalışıb. 2015-ci ildən 2019-cu ilə qədər Azərbaycan Qran Prisində (Bakı Şəhər Halqası Əməliyyat Şirkəti) Təchizat Zəncirinin rəhbəri vəzifəsində çalışıb.
2015-ci ildən ED CSC-də Maliyyə direktoru vəzifəsində çalışır.