Back

Məlumat Mərkəzi dizaynının TIER III sertifikasiyası tələblərinə uyğun hazırlanması

Müştəri-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Biznes çağırışları

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məlumatların  dayanıqlı, sağlam, etibarlı və təhlükəsiz istismarının, ötürülməsi və saxlanılmasının təmin edilməsi məqsədilə Bakı şəhərində yerləşən Baş qərargah binasında yeni Məlumat Mərkəzinin yerləşdirilməsinə qərar vermişdir.

Yeni Məlumat Mərkəzinin (Data Center) strukturu və idarə edilməsi, beynəlxalq və yerli tələblərə cavab verməsi qarşıda duran əsas tələb kimi qoyulmuşdur.

Həllər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tələblərini nəzərə alaraq və müvafiq təhlillər aparıldıqdan sonra dünyanın 110-dan artıq ölkəsinə 2500-dən artıq beynəlxalq dərəcəli sertifikat verən və standartları ilə fəaliyyəti, etibarlılığı, effektivliyi və dayanıqlılığı təmin edən dünya üzrə tanınmış "Uptime Institute" (Fasiləsiz Proseslər İnstitutu) standartlarına görə Məlumat Mərkəzi infrastrukturunun dizayn həllinin təmin edilməsini məqsədəuyğun hesab etmişdir.

Qeyd olunanları nəzərə alaraq yeni Məlumat Mərkəzinin beynəlxalq dərəcəli "Uptime Institute" (Fasiləsiz Proseslər İnstitutu) TIER təsnifatlarının III dərəcəli (eyni zamanda saxlanıla bilən) səviyyəsinə istiqamətlənərək yeni Məlumat Mərkəzinin dizaynının TCDD (Tier Certification of Design Documents) sertifikatlaşdırılması və Məlumat Mərkəzi infrastrukturunun qeyd olunan dizayn həlli üzrə qurulması qarşıda duran əsas məqsəd olmuşdur.

"Uptime Institute" (Fasiləsiz Proseslər İnstitutu) ilə aparılmış müzakirələr, heabatlar, dizayn həlləri, texniki həllər və təhlillərin nəticəsi olaraq, "Uptime Institute" (Fasiləsiz Proseslər İnstitutu) “TIER” təsnifatlarının III dərəcəli TCDD (Tier Certification of Design Documents)  sertifikatının alınması prosesi uğurla tamamlanmışdır.

Bundan başqa TCDD (Tier Certification of Design Documents) Tier III tələblərinin qarşılanması üçün müvafiq olaraq İT infrastrukturun qurulması üçün tələb olunan avadanlıqların, mal və materialların növləri tam olaraq aydınlaşdırılmışdır.

decoration element
decoration element

Biznes dəyəri

ED peşəkar komandası tərəfindən TCDD (Tier Certification of Design Documents) Tier III səviyyəli dizayn həlli və quraşdırılan infrastruktur Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni Məlumat Mərkəzinin yüksək əlçatanlığının təmin ediməsində və IT infrastrukturunda yarana biləcək risklərin maksimal dərəcədə aradan qaldırılmasında əvəzsiz rol oynayır.  Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin respublikadaxili və xarici məlumat mübadiləsində və emalında yarana biləcək xətaların qarşısının alınması, TCDD (Tier Certification of Design Documents) Tier III səviyyəli dizayn həlli tələblərindən çıxış edərək infrastruktur üzrə təmin olunan vasitələrin (dizel generator, soyutma sistemi, batereya sistemi, internet provayderlər) ehtiyat olaraq da nəzərə alınması dayanıqlığı daha da etibarlı səviyyəyə çatdırır.

Bundan əlavə TCDD (Tier Certification of Design Documents) Tier III səviyyəli dizayn həllinin həyata keçirilməsi üçün ED dünya brendləri (“Schnieder”, “Caterpiller”, “Borusan”, “Hikvision”, “Siemens” və s.) ilə əməkdaşlığa dayanır, təchiz edilən avadanlıqlar uzunmüddətli istimar gücünə və davamlılığa sahibdirlər.

Aidiyyatı dizayn və quraşdırma işləri ED-in peşəkar mütəxəsisləri tərəfindən həyata keçirilir.

Texnologiyalar

"Uptime Institute" (Fasiləsiz Proseslər İnstitutu)

TCDD (Tier Certification of Design Documents) Tier III səviyyəli dizayn həlli

  • Schnieder Cooling System
  • Schnieder UPS System
  • Schnieder Battary System
  • Schneider Rack cabinet (based on Data Center environment)
  • Caterpillar Diesel Generator
  • Hikvision Video Surveillance and Access Control System
  • Siemens Fire Protection System
  • Siemens Fire Alarm System
  • Environmental Monitoring System
  • Low-Voltage Systems

Design of the Low-Voltage Systems (Configuration of IT Rack cabinets)