Back

Beynəlxalq İnformatika Olimpiadası

Müştəri: Beynəlxalq İnformatika Olimpiadası (IOI)

Beynəlxalq İnformatika Olimpiadası 2017-ci ildən etibarən hər il keçirilir. İlk dəfə Bolqarıstanda keçirilib. Olimpiadada çox böyük həcmli məlumatları ehtiva edən problemlər müəyyən alqoritmlər vasitəsilə həll edilir. Beynəlxalq İnformatika Olimpiadası dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Elə buna görə də UNESCO və IFIP bu olimpiadanın tərəfdaşıdır. Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ilin avqust ayında ADA-nın təşkilatçılığı ilə Bakıda keçirilib. Olimpiadada 87 ölkədən 327 nəfər iştirak edib.

Biznes çağırışları:

əyyən məsələlərin proqram vasitəsilə alqoritmlə həll edildiyi olimpiadada şəbəkə məlumat sistemi, müasir və sürətli internet xidmətinin təmin edilməsi zəruri hala gəlmişdi. Həmçinin informasiya təhlükəsizliyinin təmini vacib idi.

Həllər: 

ED şirkəti Beynəlxalq İnformatika Olimpiadasının prinsipləri əsasında orada görülən işlər üçün İT infrastrukturunu qurdu. Kiçik məlumatsaxlama mərkəzi yaradıldı və bu, məlumatların daxildə təhlükəsiz saxlanılması üçün əsas amil idi. Bundan başqa bütün internet xidməti ED şirkətinin qurduğu şəbəkə vasitəsilə keyfiyyətli və sürətli təmin edildi. Təklif edilən informasiya təhlükəsizliyi isə kənardan müdaxilələrin qarşısını alıb yarışın tam şəffaf keçirilməsini təmin edib.

 

decoration element
decoration element

Biznes dəyəri:

ED şirkətinin ADA-nın təşkilatçılığı ilə Beynəlxalq İnformatika Olimpiadasına verdiyi dəstək bir sıra işləri həll edib.

  •  Daxildə məlumatsaxlama mərkəzi quruldu.

  • Şirkətimiz İT infrastrukturunu IOI prinsipləri əsasında qısa müddətdə qurdu və şəffaflığın tam təmin edilməsinə nail oldu.

  • Şəbəkə məlumat sistemi yaradıldı. Bütün internet xidməti keyfiyyətli və sürətli formada təmin edildi. 

  •  Olimpiadanın keçirildiyi 3 gün müddətində texniki və informasiya təhlükəsizliyi ilə bağlı İT dəstək təmin edildi.