Unibank Azərbaycanda 1992-ci ilin iyul ayında MBank adı ilə yaradılmış ən böyük özəl banklardan biridir. 15 oktyabr 2002-ci ildə Mbank Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK ilə birləşdikdən sonra bankın adı dəyişdirilərək Unibank oldu.
Unibank şəbəkə infrastrukturu ilə bağlı müəyyən çətinliklərlə üzləşmişdi. Şəbəkənin sürətini azaltmayacaq təhlükəsiz və etibarlı lokal şəbəkənin yaradılması qərara alınmışdı. Bizim yüksəkixtisaslı texniklərimiz ən yaxşı optimal təhlükəsizlik həlli - lokal şəbəkədə əsas müdafiə xəttlərindən biri olan və müştərinin tələblərinə tam cavab verən Symantec təklif etdilər.
Symantec Server, ondan uzaqda idarə oluna bilən əsas kompüterlərdə qorunma ilə birlikdə quraşdırılmışdır. Texniki tərəfdən, SEP 12 üçün Firewall parametrləri konfiqurasiya edilib.Təhlükəsizlik Siyasəti quraşdırılıb. Sınaqdan sonra sistem Unibank-ın İnformasiya Texnologiyaları Departamentinə verilib.
Symantec Endpoint Protection 12