Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsinin missiyası ölkə əhalisinin dövlət tərəfindən təklif edilən əmək və sosial müdafiə xidmətlərinə Xidmət Mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etməkdir.
Yeni yaradılan DOST Mərkəzinin ümumrespublikada əmək və sosial müdafiə xidmətlərinə operativ və elektron xidmətləri verə bilməsi üçün, həmçinin öz işini müasir və rəqəmsal qura bilməsi üçün İT infrasturuka ehtiyacı var idi.
ED şirkətinin DOST Mərkəzinin verəcəyi xidmətləri keyfiyyətli təklif etməsi üçün intellektual idarəetmə sistemi əsasında qurduğu İT infrastruktur, şəbəkə məlumat sistemi işlərin tam şəffaf, sürətli olmasına imkan yaratdı. Bundan başqa CİSCO çağrı mərkəzi quruldu ki, bu da mobil komunikasiyanı ən müasir formada təmin etdi. Yaradılan ümumi məlumat mərkəzi bütün informasiyaların tam təhlükəsiz, daxildə saxlanılmasına əsas verdi.
ED-in DOST Mərkəzi üçün gördüyü İT infrastruktur işləri bir sıra həllərə imkan yaratdı.