Back

RSA Təhlükəsizlik Analitikasının yerinə yetirilməsi

Müştəri - Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tükənən karbohidrogen ehtiyatlarının daimi gəlir gətirən maliyyə aktivlərinə çevrilməsinə cavabdeh qurumdur. ARDNF makroiqtisadi sabitliyin qorunması, fiskal-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının stimullaşdırılması, sosial-iqtisadi inkişafın dəstəklənməsi üçün milli irimiqyaslı layihələrin maliyyələşdirilməsi ilə məşğul olur. ARDNF xarici həmkarlar və tərəfdaşları ilə fəal şəkildə əməkdaşlıq edir və SWIFT qlobal pul köçürmələri sisteminə qoşulmuşdur.

Biznes çağırışları

Şirkət çoxlu sayda şəbəkə qurğuları, proqram sistemləri, istifadəçi kompüterləri və periferik avadanlıqları özündə birləşdirən geniş İT infrastrukturuna malikdir. Cinayətkarlar tərəfindən potensial olaraq təhlükə altına alına biləcək bir sıra qurğular mənfi hərəkətlərin qarşısını almaq, habelə şübhəli fəaliyyətləri araşdırmaq üçün monitorinq və nəzarət alətlərinin olmasını tələb edir. Şirkətdə istifadə olunan proqram təminatının təhlükəsizlik sistemləri artan tələblərə cavab vermədiyinə görə ARDNF istifadə olunan təhlükəsizlik alətlərinin funksionallığının optimallaşdırılması və genişləndirilməsi üzrə iş aparmaq üçün ED-i dəvət etmişdir.

decoration element
decoration element

Həll

ED-in mütəxəssisləri İnformasiya Təhlükəsizliyi Departamentində istifadə olunan sistemləri təhlil edir, Sifarişçinin tələblərini müəyyən etmək üçün sessiyalar keçirir və 2 ay ərzində Departament nümayəndələri ilə seminarlar keçirərək layihə həlli qurur. Silsilə nəzarət sessiyaları ilə layihənin təşkili layihənin hərtərəfli icra planına keçmişdir. Növbəti 10 ay ərzində yenilənmiş həll uğurla həyata keçirilmişdir.

Biznes dəyəri

ED tərəfindən layihələndirilən və həyata keçirilən həll Sifarişçiyə aşağıdakı biznes dəyərlərini reallaşdırmağa imkan vermişdir:

  • V11.3 RSA Təhlükəsizlik Analitikasının icrası;
  • Bütün mühüm İT məlumat mənbələrinin birləşdirilməsi;
  • Sistemlər və avadanlıqların konfiqurasiyalarının mərkəzləşdirilmiş şəkildə toplanmasının təşkili;
  • ARDNF-nin maliyyə sistemlərinin əlaqələndirilməsi;
  • Seçilmiş xidmətlərin hər biri üçün 10-dan çox korrelyasiya qaydalarının konfiqurasiyası;
  • Bütün önəmli İT xidmətləri üzrə təxminən 50 hesabat və nəzarət panelinin konfiqurasiyası.

Texnologiyalar

V11 RSA Təhlükəsizlik Analitikası