“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 423 saylı 17.09.1996-cı il tarixli Fərmanına əsasən ilkin mərhələdə səhmləri 100 faiz dövlətə məxsus olmaqla təsis edilmişdir. ASC-nin əsas funksiyası Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və ötürülməsini idarə etməkdir. Bundan əlavə, səhmdar cəmiyyət Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Bakı şəhərində, onun rayonlarında, ölkənin digər bölgələrində elektrik enerjisinin paylanmasını həyata keçirir.
“Azərenerji” tərəfindən təmin edilən enerji sisteminə nəzarət SCADA sistemi vasitəsilə həyata keçirilib. SCADA sistem avadanlığı “Azərenerji”nin fiber-optik şəbəkəsində işləyir. Adıçəkilən avadanlıqlar artıq köhnəlib və müasir tələblərə cavab vermir. “Azərenerji” ASC bunu nəzərə alaraq dayanıqlı optik əlaqə şəbəkəsinin qurulmasına qərar verib.
Yuxarıda qeyd olunan tələblər nəzərə alınaraq layihə çərçivəsində aşağıdakılar həyata keçirilib:
Huawei DWDM