Back

BP Landmark ofisi üçün səs və kabel infrastrukturu

Müştəri: BP

British Petroleum (BP) dünyanın yeddi ən böyük neft və qaz şirkətlərindən biridir. "BP Azerbaijan" Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsində dəyərli, etibarlı və uzunmüddətli tərəfdaş olmağa can atır. Azərbaycanda fəaliyyət göstərdiyi təqribən 30 il ərzində BP bütün maraqlı tərəflərə və cəmiyyətə faydalı, təhlükəsiz və davamlı iş prinsiplərinə sadiq olub

Biznes çağırışları

BP Azərbaycan 2005-ci ildə əhəmiyyətli dərəcədə böyüdü. BP-nin qarşısında duran əsas çağırış Bakıdakı "Landmark Building"də yerləşən ofisin sahəsini çox qısa zaman ərzində və gündəlik əməliyyat fəaliyyətinə heç bir maneə törətmədən genişləndirmək idi. Ofis ərazisinin genişlənməsi, eyni zamanda İT infrastrukturunun genişlənməsi deməkdir. Genişləndirilmiş ərazidə çox qısa müddət ərzində yeni avadanlıqların quraşdırılması və inteqrasiyası tələb olunurdu.

decoration element
decoration element

Həll

BP ofis ərazisinin genişlənəcək sahəsində səs və kabel infrastrukturunu genişləndirmək üçün ED şirkətini cəlb etdi. ED Siemens HiPath özəl ATS sistemini təchiz etdi, quraşdırdı, konfiqurasiya etdi və onu "BP Azerbaijan"ın mövcud səs infrastrukturuna inteqrasiya etdi. İstifadəçilərin məlumat və səs xidmətlərinə keçidini təmin etmək üçün passiv telekommunikasiya avadanlığı və strukturlaşdırılmış kabel infrastrukturu da təchiz edib quraşdırdı. ED şirkətinin təcrübəli layihə menecerləri, mühəndislər və texniki işçilərdən ibarət qrupu işə başlamazdan öncə əvvəlki işlərin hamısını görüb qurtarmaq üçün günün 24 saatını çalışmalı idi. Nəticədə, ED layihəni vaxtında, büdcə daxilində və BP Qlobal İT standartları çərçivəsində çatdırmağı bacardı.

decoration element
decoration element

Biznes dəyəri

ED şirkəti tərəfindən tətbiq edilən həll “BP Azerbaijan”a aşağıdakı məqsədlərə çatmaqla

biznes dəyərini artırmağa imkan yaratdı:

1. Genişləndirilmiş İT infrastrukturunu istifadəyə hazırladı.

2. İşçilər gecikmə olmadan genişlənmiş ofislərə keçdi.

3. Fəaliyyət kəsintisiz davam etdi.

 

Texnologiyalar

Siemens, AMP