Əksər müəssisələr texnologiyalara və iş yerinin zahiri görünüşünə sərmayə qoyduqlarından, bəzən səs mühiti diqqətdən kənar qalır. Diqqətin yayınması, səs-küy yaranması, danışılanların eşidiləcəyi qorxusu, məxfilik məsələləri və nitqin eşidilməməsi və başa düşülməməsi kimi halların səbəblərini anlamaq çox vacibdir.
Toplantı otağının dəqiq akustik layihələndirilməsi və ya ekspert inteqratorların dəvət olunması ilə, siz rahat və məhsuldar iş mühitinin yaradılması zamanı orada ünsiyyəti və səs mühitini yaxşılaşdırmaq üçün həmin ekspertlərin təcrübəsindən faydalana bilərsiniz.
Hər hansı bir məkanda zəif akustikaya nə səbəb olur?
Toplantı otağının akustikasını yaxşılaşdırmaq üçün müsbət tərəfləri və həll yollarını araşdırmazdan əvvəl, zəif akustikanın əsas səbəblərini müəyyən etməliyik.
Zəif akustikanı yoxlamağın ən asan yolu əl çalmaqdır. Əks olunma/əks-səda/timpanik səs eşidirsinizsə, deməli, otağın akustikası pisdir.
· Böyük ekranlar, maqnit lövhələri, cilalanmış taxta və ya beton döşəmə, şüşə divarlar və polad tavanlar kimi səsi əks etdirən sərt əks etdirici/keçilməz səthlər.
· Ofisinizin yaxınlığında nəqliyyatın sıx hərəkəti ilə əlaqədar səs-küyün olması.
· Toplantı otağının yanından keçən və ya otaqdan bayırda oturan həmkarların hərəkəti nəticəsində səs-küy yaranması.
· Otağın və ya ofisin özünün memarlıq dizaynı. Ola bilər ki, divarın digər tərəfində başqa bir şirkət və ya şöbə yerləşir.
Akustika ilə əlaqədar bildirilən fikirlər səslə bağlı məsələlərin həllində faydalıdır .
Daha yaxşı akustik dizayn necə kömək edə bilər? Səmərəli müzakirəyə imkan yaratmaq və yorğunluğu azaltmaq üçün toplantı otağında nitqin başa düşülməsi və səs-küyün azaldılması optimal olmalıdır. Mütəxəssis AV inteqratorların köməyi ilə həyata keçirilən düzgün akustik həllər divarlarda və tavanlarda səsin əks olunmasını azaltmağa kömək edir, eyni zamanda reverberasiya və səs-küy səviyyəsini azaldır.
Siz akustikanı yaxşılaşdırmaq üçün ilk tədbir kimi, yüksək səviyyəli AV avadanlığına sərmayə qoyulmasını seçə bilərsiniz, lakin bu, heç də uyğun həll olmaya bilər. Cəlbedici və ya sadə olan və akustikanı yaxşılaşdırmaq üçün ən çox satılan bir sıra akustik həllər mövcuddur, lakin mütəxəssis AV sistem inteqratorlarının köməyindən istifadə etmək daha məqsədəuyğundur.
Onlar yaranan səsin mürəkkəb kombinasiyasını daha yaxşı başa düşürlər və sizə lazım olan məsləhət və təlimatları təqdim etmək və köməklik göstərmək üçün dərin biliyə malikdirlər. Bundan əlavə, ekspertlər bilirlər ki, diqqətlə hazırlanmış həllər həm funksional, həm də toplantı otağının tərtibatı üçün estetik baxımdan xoş olmalıdır.
Ağıllı və effektiv akustik tətbiqlər həmçinin nitqin gizliliyini qoruyur (səsi akustik maneələr, məsələn bölücülər vasitəsilə qoruyaraq), diqqəti artırır, otağın daha yaxşı istifadə olunmasını və keyfiyyətli əməkdaşlığı təmin edirlər.
Altay Xaspoladov-AV həllər üzrə ekspert