Texniki direktor

Rövşən Əhmədov

"ED" şirkətində texnologiya üzrə direktor işləyir. Şirkətlər qrupunun bütün İT departamentlərinin fəaliyyətinin idarə edilməsi və əlaqələndirilməsi, inkişaf strategiyasına və biznes planlarına uyğun olaraq şirkətin fəaliyyətini təmin etmək üçün İT resurslarının rasional paylanmasını planlaşdırır, İT infrastrukturunun fəaliyyətini təşkil edir. Şirkətdə istifadə olunan informasiya sistemlərinin, proqram təminatının və texniki vasitələrin texniki dəstəyi, həmçinin göstərilən xidmətlərin idarə edilməsi və keyfiyyətinə nəzarət ilə məşğuldur.

"BP Azerbaijan"da Regional İnformasiya Texnologiyaları müdiri, Telekommunikasiya Əməliyyatlar Müdiri, Ofis İnformasiya Texnologiyaları İnfrastruktur Meneceri, Əməliyyat Meneceri, Rəsmi bek-ofis Meneceri, Rəqəmsal Təhlükəsizlik Koordinatoru və Sahə İnformasiya Texnologiyaları Mühəndisi vəzifələrində çalışmışdır. "AIOC" şirkətində İnformasiya Texnologiyaları Mühəndisi, "CSVG Ltd"də İnformasiya Texnologiyaları Sistem Mühəndisi və Kompüter Mərkəzində İnformasiya Texnologiyalarına Dəstək Mühəndisi postlarında işləyib.