Back

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İT İnfrastrukturu

Müştəri: Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda nazirliyin tabeliyində 6 dövlət komitəsi fəaliyyət göstərir. Bu komitələrin hər birinin iş fəaliyyəti nazirliyin əsas istiqamətləri üzrə bölünüb.

Biznes çağırışları:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi çoxşaxəli xidmətlərin bir-birinə bağlı olmaması, nazirliyin xidmətləri, agentlikləri arasında vahid kommunikasiyanın yoxluğu, bütün filialların fəaliyyətinə nəzarət üçün İT infrastruktur və şəbəkə məlumat mərkəzinin qurulması zəruri hala çevrilmişdi.

 

decoration element
decoration element

Həll

ED Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də onun tabeliyində fəaliyyət göstərən Agentliklərə vahid mərkəzdən idarəetmə, iş fəaliyyətinə nəzarət, eləcə də yeni çağrı mərkəzi və digər xidmətlərlə bağlı həllər təklif etdi. Şirkətimiz “AccountService”, “ReportService” vasitəsilə bütün istifadəçi məlumatlarını toplamaq və hesabatlara aid olan məlumatları vahid məlumat bazasından götürməyi təklif etdi. Qeyd edilən bazanın məlumatları digər servislərin istifadə etdiyi bazalardan ETL texnologiyası vasitəsi ilə toplanır. ED şikətinin təklif etdiyi həll nazirliyin bütün mərkəz və agentlikləri arasında vahid kommunikasiyanı təmin etdi, iş fəaliyyətinə ümumi nəzarət sistemi yaradıldı. Bundan başqa nazirliyin daxilində bütün xidmətlərarası vahid əlaqə sistemi formalaşdı. Məlumatların təhlükəsiz saxlanılması təmin edildi. Bütün layihənin həlli “Microservice” arxitekturası əsasında yaradıldı.

 

decoration element
decoration element

Biznes dəyəri

ED şirkətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə verdiyi İT xidmət dəstəyi bir sıra problemləri həll etdi. 

  •  ƏƏSMN-nin bütün agentlikləri, eləcə də tabeliyində olan bütün xidmətlərarası kommunikasiya yaradıldı. Hesabatlar artıq kağız üzərindən deyil, ReportService vasitəsilə əldə edilib ötürülür.

  •  Nazirliyin məlumatları digər servislərin istifadə etdiyi bazalardan ETL texnologiyası vasitəsi ilə toplanır.

  • Təhlükəsiz şəbəkə məlumat mərkəzi quruldu.

  • Nazirliyin bütün xidmətləri, eləcə də regional mərkəzlərinə nəzarət mümkün hala gəldi.

  • Yeni çağrı mərkəzi quruldu. Bu isə vahid video və səs məlumat ötürməsini təmin etdi.

  •  Server infrastrukturu quruldu.